Türkiyədə səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə, Türkiyə prezidenti Tayyib Ərdoğanın birgə mətbuat konfransında maraqlı bir hadisə baş verib.
Avropa.info xəbər verir ki, Putinin “Suriyadakı seçkilərdə Əsəd böyük bir dəstəyə sahib olduğunu nümayiş etdirdi” sözləri prezident Ərdoğanın sərt reaksiyasına səbəb olub.
Suriyada seçkilərin doğru bir şəkildə keçirilmədiyinə diqqət çəkərək Ərdoğan “Əsəd yüksək səsi diktatorluqla qazanıb . Təssüf ki, dünyada Əsədin qanuniləşdirilməsi kimi səylər var” kimi ifadələr işlədib.
Əsəd rejiminin getməsinin vacib olduğuna diqqət çəkən Ərdoğan Putinə xitabən Rusiya prezidentinin qənaətinin səhv olduğunu deyib.
“Əsəd getsə nə olar, münasibəti çox səhvdir . Əsəd rejimi haqda düşüncələr dəyişməlidir. Əsəd ilə bərabər Suriyada nəticə almaq mümkün deyil.
Seçimlərə gəlincə, Əsəd kimi diktatorlar hər zaman 90 – 95 faiz səsvermə ilə “qalib gəlirlər”. Bilirsinizmi, Misirdə də eyni durumu gördük . Hər iki ölkədə seçkilər saxtalaşdırıldı. Misirdə Mursi Mursi 52 faiz səslə hakimiyyətə gəldi. Hazırki hakimiyyət isə qanunsuz yollarla daha böyük səslə hakimiyyəti zəbt edib. Suriyada da eyni durumdur”.