Hindistanın film ulduzu model Gauhar Khanın verilişinin çəkilişi zamanı qalmaqal yaranıb.
“Qafqazinfo” milliyet-ə istinadən xəbər verir ki, “Raw Star” adlı proqramın çəkiliş zamanı aparıcı mini ətək geyindiyi üçün studiyadakı qonaqlardan biri ona sillə vurub. Nəzarətçilər tərəfindən saxlanılan şəxs “müsəlman qadın bu qədər qısa paltar geyinməz”-deyərək özünü müdafiə edib.
24 yaşlı şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.