“Qalatasaray”ın baş məşqçisi bu gün müqavilə imzalayacaq.
ANS PRESS-in məlumatına görə, İstanbul təmsilçisi italiyalı mütəxəssis Çezare Prandelli ilə yollarını ayırdığını dünən rəsmi şəkildə açıqlayıb. Bu gün isə klubdan bildirilib ki, axşam saatlarında yeni baş məşqçi postuna Hamza Hamzaoğlu gətiriləcək.
“Qalatasaray”ın sabiq futbolçusu yeni müqavilə imzalayaraq bundan sonra köhnə klubunu çalışdıracaq. Klub prezidentinin köməkçisi Abdurrahim Albayrak bildirib ki, Hamzaoğlu ilə bu gün Qaziantepdə müqavilə bağlanacaq.
Qeyd edək ki, Çezare Prandelli klubla çıxdığı son oyunlarda uğursuz nəticələr əldə edərək azerkeşlərin qəzəbinə tuş gəlmişdi. “Qalatasaray” rəhbərliyi isə “Anderlext”lə oyundan məğlubiyyətlə qayıdan klubun cəriməsini baş məşqçiyə kəsdi.