Angela-Merkel--007

Almaniya kansleri Angela Merkel Qərbi Ukrayna üzündən Rusiya ilə qarşıdurmada ümidi itirməməyə çağırıb. Musavat.com-un “Amerikanın səsi”nə (rus) istinadən verdiyi xəbərə görə, Merkel qarşıdurmanın uzun sürəcəyini istisna eləməyib.

Ancaq onun sözlərinə görə, bu mübarizədə Rusiya qalib ola bilməyəcək. “Böyük 20-liyin” sammitindən sonra Merkel bildirib ki, “Krımın Rusiyaya birləşdirilməsi Avropa dinc düzənini sual altına qoyub”: “Ondan sonra isə Kreml Ukraynanın şərqində vəziyyəti gərginləşdirməkdən ötrü öz təsirindən istifadə eləməkdə davam edib”.

“Kimin ağlına gələrdi ki, Berlin divarı uçurulandan 25 il sonra, “Soyuq müharibə” bitəndən, Avropanın və dünyanın parçalanmasına və dünyanın iki qütbə bölünməsinə son veriləndən sonra belə bir şey Avropanın ürəyində yaşana bilər”, – deyə kansler ritorik sual verib.

Musavat.com

Загрузка...