Əslən yəhudi olan millət vəkili Yevda Abramov parlamentdə büdcə müzakirləri zamanı Azərbaycanda milli azlıqlara göstərilən münasibətin yüksək olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, Azərbaycanın bununla bağlı çox düzgün siyasət yetirməsinə baxmayaraq beynəlxalq aləmdə bu qısqanclıqla qarşılanır: ”Bu günlərdə deputat həmkarım Sahibə Qafarova ilə Parisdə, Strasburqda olduq və oradakı müzakirələr zamanı bu qısqanclığın şahidinə çevrildik. Parisdə bir balaca yumşaq, Strasburqda isə daha sərt şəkildə bu haqsız yanaşmalara etirazımızı bildirdik”.
Y. Abramov çıxışının sonunda 2015- ci ilin dövlət büdcəsinin dəstəklədiyini bildirib:” Çox gözəl büdcədir. Düşərli olsun. Büdcəyə haram qatılmasın və o xalqımıza dövlətimizə, müdafiə qabliyyətimizə kömək etsin”.