Ukrayna Rusiyaya qarşı asimmetrik müharibə başlaya bilər.
Axar.az “Obozrevatel.com”a istinadən xəbər verir ki, bunu Hərbi-siyasi Araşdırmalar Mərkəzinin eksperti Konstantin Maşoveç bildirib:
“Təcavüzkara qarşı asimmetrik ümumi müharibə başlaya bilərik. Əgər o bizə qarşı tammiqyaslı hücuma başlasa, biz də eyni ilə total asimmetrik müharibəyə başlaya bilərik”.
Xatırladaq ki, ötən gün Almaniyanın “Bild” qəzetinə müsahibəsində Prezident Pyotr Poroşenko Ukraynanın Rusiya ilə müharibəyə hazır olduğunu bildirmişdi.