Загрузка...

emin Agalarov

Müğənni Emin Ağalarovun xalq artisti Zülfiyyə Xanbabayeva ilə duet ifa etdiyi haqda xəbər vermişdik.

Sənətçi ifa etdikləri Müslüm Maqomayevin “Azərbaycan” mahnısından bir hissəni sosial şəbəkədə paylaşıb. O bildirib ki, bu bəstə Azərbaycan dilində ifa etdiyi ilk mahnıdır: “Doğma dilimdə ifa etdiyim ilk mahnı “Azərbaycan” sevimli müğənnim Müslüm Maqomayev tərəfindən yazılıb. Mahnını dekabrın 4-də Kristal Hallda keçiriləcək konsertdə Zülfiyyə Xanbabayeva ilə ifa edəcəyik”.

Qafqazinfo.az