Müğənni Xatun Əliyeva “5/5” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı 7 yerli müğənnini parodiya etdiyini deyib:
“Bir verilişdə yeddi ifaçını parodiya etdim: Nazpəri Dostəliyeva, Almaz Ələsgərli, Xumar Qədimova, Könül Kərimova, Mətanət İsgəndərli, Nazənin. Parodiya burnumdan gəldi. Nə qədər zəng vurdular. Hamısı inciyirlər. Artıq parodiya etməyəcəm. Sonra məni toylara qoymurlar. Hətta Xumar xanımla yeni barışmışıq”.
Aparıcının təkidi ilə Xatun X.Qədimovanı, N.Dostəliyevanı və Nazənini parodiya edib.