75311

Noyabrın 12-də Honq-Konqda “Miss Model of the World 2014” beynəlxalq model müsabiqəsinin dünya finalı start götürəcək.

ANS PRESS-in məlumatına görə, “Miss Model of the World 2014” qatılan 20 yaşlı modelimiz Kamilla Ələkbərova ötən gün ölkəmizi təmsil etmək üçün Honq-Konqa yola düşüb. Bu haqda təşkilatçı Aqil Məmiyev xəbər verib.

Azərbaycanlı model Bakıda hava limanında olarkən ölkəmizin bayrağına sarılaraq şəkillər çəkdirib və sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, 1988-ci ildən ildən bəri hər il dünyanin nüfuzlu ölkələrində keçirilən “Miss Model of the World 2014” müsabiqəsində dünyanın 100-ə yaxın ölkəsindən qızlar iştirak edir. Promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək.