Xalq artisti, aktrisa Zərnigar Ağakişiyeva bir neçə ildir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Aktrisa səhhəti haqda danışaraq hələ də pəhriz saxladığını bildirib.
“Şəkər elə bir xəstəlikdir ki, insan bundan birdəfəlik yaxa qurtara bilmir. Bunun üçün də xüsusi pəhrizim var ki, onu edirəm. Düzdür, havalar soyuyub,bəzən bu da səhhətimə pis təsir edir. Az yaşım da yoxdur. Yaş da axı öz sözünü deyir. Amma bəzən pəhrizi pozduğum günlər də olur. Çünki insan nə qədər qara çörək yeyər? (gülür). Mən qidalanmada daha çox meyvə və tərəvəzə üstünlük verirəm. Yağlı yeməklərdən qətiyyən uzağam. Sənət dostlarım zəng edib, soruşurlar, məni həmişəki kimi çox istəyirlər. Amma istəmirəm hələ kimsə yanıma gəlsin. Məndə bu kimi hallar tez-tez olur”, – aktrisa bildirib.
Qeyd edək ki, aktrisa xəstəliyi ilə əlaqədar olaraq teatrı tərk edib.