images_elesger suleymanov

Ələsgər Süleymanov: “Qəzet yayımında ciddi problemlər yaşayırıq”

“Hazırda qəzet yayımı sahəsində vəziyyət çox acınacaqlıdır. Bilmirik istehsal etdiyimiz qəzetləri hansı yollarla yayaq”.

Bu sözləri Editor.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov söyləyib.

Onun sözlərinə görə, qəzet köşkləri təyinatı üzrə qəzet satmaqla deyil, su, siqaret və digər məhsullar satmaqla məşğuldur: “Vəziyyət çox acınacaqlıdı bu sahədə. Qasid də müflis oldu və fəaliyyətini dayandırdı. Bu qəzet satışının belini qırdı. Metroda satış da bildiyiniz kimi, qadağan olunub. Odur ki, qəzet satmağa demək olar ki, yer yoxdur. Yeni gətirilən və şəhərdə qoyulan köşklər isə qəzet satmaq üçün əlverişli deyil. Və orda işləyənlər qəzet satmaqda maraqlı da görsənmirlər. Baxmayaraq ki, bu köşklərin bir-başa təyinatı qəzet satışıdır, onlar daha çox başqa malları satmağa üstünlük verillər”.