Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” – “Dnepr” matçının biletləri bu gündən satışa çıxarılıb. Qol.Az-ın məlumata görə, biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışdadır. Biletlərin qiyməti 1-10 manat arası dəyişir. Qol.Az-ın müxbir xəbər verir ki, biletlər bu gün satışa çıxarılsa da, Respublika stadionunda kassaları önündə azarkeş sıxlığı olub. Bu isə onu deməyə əsas verir ki, “Qarabağ” – “Dnepr” oyununda tribunalar ağzınadək dolacaq. Qeyd edək ki, “Qarabağ” – “Dnepr” matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulub. Klubun saytında yer alan xəbərdə yalnız holoqramlı biletlərin etibarlı sayılacağı bildirilib. |
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.