Daha sonra qatil özünü qatarın altına atıb
“Reuters”in yaydığı xəbərdə deyilir ki, Nyu Yorkda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, oğul öz anasının başını kəsib. Daha sonra başı və bədəni Long Islanddaki evlərinin qarşısına atıb.Daha sonra isə yaxınlıqdakı dəmiryol vağzalına üz tutub. Orada isə özünü qatarın altına ataraq, intihar edib. Bu barədə məlumatı yerli polis “Reuters” agentliyinə verib.
Yerli polisin mətbuatla əlaqə üzrə nümayəndəsi Kennez Parker bildirib ki, qətlə yetirilən qadın 66 yaşlı Patrika Varddır. O, Nyu York Dövlət Universitetinin nəzdində olan kollecin professorudur.
Polis bildirib ki, qatil qadının öz oğlu, 35 yaşlı Derek Varddır.
Polis bildirib ki, qadının başı ilə bədəni bir-birindən 4-5 metr aralıqda olub.
Qatil anasının başını evin içində kəsib. Sonra bədəni və başı çölə çıxarıb və orada yerə atıb. Sonra isə dəmiryolu boyunca 2-3 km. yol gedib. Və sürətlə gedən qatar tərəfindən vurulub.
Qətlin səbəbi bəlli deyil. Qonşular bildiriblər ki, qətl hadisəsi baş verən evdən diqqət çəkən elə bir səs gəlməyib.
Polis onu da bildirib ki, Derek son 10 ildə ruhi xəstəliyə düçar olmuşdu. Ötən il babası dünyasını dəyişdikdən sonra isə onun xəstəliyi daha da şiddətlənmişdi.
Musavat.com