Загрузка...

plastik-emeliyyat

“Azərbaycanda estetik əməliyyatlarla bağlı daha çox qadınlar müraciət edir”. Bunu Lent.az-a açıqlamasında estetik, plastik, rekonstruktiv cərrahiyyə uzmanı İlyas Axundzadə bildirib. O qeyd edib ki, burun əməliyyatları üçün müraciət edənlər arasında da qadınlar üstünlük təşkil edir. “Xərçəng xəstəliyi ilə bağlı 40-60 yaş arasında olan şəxslər müraciət edirlər. Onların müraciəti boğaz xərçəngi, dəri xərçəngi və boğaz yollarının bərpası ilə bağlı olur”.

Həkim bildirib ki, travma ilə bağlı 25-40 yaş arasında olan kişilər müraciət edir. “Onların da müraciəti daha çox çənə sümüyü ilə bağlıdır”.

“Yaşlı qadınlar plastik əməliyyatla bağlı müraciət edirmi” sualına həkim belə cavab verib: “50-60 yaşlı qadınlar daha çox üz dərisinin dartılması, sallanmış süd vəzləri ilə əlaqədar müraciət edirlər”.

İ. Axundzadə onu da vurğulayıb ki, estetik əməliyyatlar üçün müraciətlər daha çox burnun gözəlləşdirilməsi, sinənin formasının dəyişdirilməsi (dartmaq, böyütmək, kiçiltmək ), qarın sallanması ilə bağlıdır.

Həkimin sözlərinə görə, bu ilin on ayında estetik əməliyyatlara görə müraciətlərin sayı 100-ə yaxın olub.

Silikonlara gəlincə, İ. Axundzadə bunları bildirib: “Azərbaycanda 20-40 yaş arasında olan qadınlar daha çox döşləri silikon etdirmək üçün müraciət edirlər. Nadir hallarda qadınlar baldırlarına da silikon qoydururlar”.