Sibel Canın qızı Melisa “London College of Communication” məktəbində təhsil alır.

Tanınmış simalar övladlarının təhsil alması üçün sərvət xərcləyir desək yanılmarıq.

Qafqazinfo.az məşhur simaların övladlarının təhsilinə ayırdığı vəsaitin miqdarını təqdim edir.

İbrahim Tatlısesin oğlu İdo ABŞ-ın “Berklee College of Music” adlı ali məktəbində təhsil alır. Məktəbin illik ödənişi 30 min dollar təşkil edir.

Eks-prezident Abdullah Gülün oğlu Mehmet Emre Harvard universitetində təhsil alır. Universitetin illik ödənişi 60 min dollardır.

Fatih Terimin qızı Busə New Yorkda “Fashion Institute of Technology” təhsil müəssisəsində Moda marketinqi və idarəçiliyi fakültəsini bitirib, müəssisənin illik ortalama qiyməti 20 min dollar təşkil edir.

Sibel Canın oğlu Engincan Ural Miami Universitetində təhsil alır. Universitetin illik ödənişi 28 min dollardır.

Seda Sayanın oğlu Oğulcan isə Milanda “Avropa İqtisadiyyatı” məktəbində iqtisadiyyat üzrə təhsil alır. Məktəbin illik qiyməti 13 min 600 avro təşkil edir.

Aktyor Tarık Akanın oğlu Barış Bostonda idarəçilik üzrə magist təhsili alıb, müəssisədə təhsil haqqı 40 min dollardır.

Aktyor Cüneyt Arkının oğlu Murat isə Londonda “Central Saint Martins” incəsənət məktəbində magistr təhsili alıb. Məktəbin illik ortalama qiyməti 15 min dollar təşkil edir.

Sibel Canın qızı Melisa illik qiyməti 13 min avro təşkil edən “London College of Communication” məktəbində təhsil alır.

Загрузка...