Siyəzəndə intihar hadisəsi qeydə alınıb. Anspress-in məlumatına görə, Siyəzənin Babək küçəsində yaşayan 24 yaşlı Quliyeva Gülpəri Vasif qızı özünü yaşadığı evin sanitar qovşağında asaraq intihar edib.
Gənc qızın bu günlərdə nişanı olacaqmış. İlkin ehtimala görə, o, başqasını sevib və məhz buna görə də intihar edib.
Hadisə ilə bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.