Загрузка...

29216_ogmt0r3ctf

Baş rollarda müğənni Halil Sezai və Şəfəq Pekdemirin çəkildiyi “İncir reçeli 2” (“Əncir mürəbbəsi 2”) filmi nümayiş olunduğu 3 gün ərzində izlənmə rekordu qırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İncir reçeli1”-i yayımlandığı ilk 40 həftə ərzində ümumilikdə 251 min 277 nəfər izləmişdisə, bu rəqəm həmin filmin ikinci hissəsində artıq bir neçə gündür ki, 288 min 378 olub. Ekran işi təkcə 3 gün ərzində 3 milyon 194 min 154 lirə (təxminən 1 milyon 117 min manat) gəlir əldə edib.