Загрузка...
81665
Müğənni Nura Suri xalq artistinin xalqı aldatdığını iddia edir
Dünən nişanlandığını bəyan edən xalq artisti Aygün Kazımovanın Fikrət adlı nişanlısının başqasının əri olduğu iddia edilir.
ANS PRESS-in məlumatına görə, müğənni Nura Suri bu barədə sosial şəbəkədə açıqlama verib.
Belə ki, Aygün Kazımovanın nişanlanma xəbəri böyük ajiotaj yaratdığından dünən sosial şəbəkədə müzakirəyə çıxarılıb. Müzakirəyə müğənni Nura Suri də qatılıb. O, Almaniyada yaşayan azərbaycanlı məmur oğlu dediyi Fikrətin əslində İstanbulda yaşayan İmzar adlı şəxs olduğunu yazıb. Həm də adıçəkilən İmzar Nuranın Nigar adlı rəfiqəsinin əridir.
“Adamlar, onun adı İmzardır. O, Nigarın əridir. Onlar İstanbulda yaşayırlar. Fotodakı mənim rəfiqəmin əridir. Ya da siz fotonu düz qoymamısız”, – müzakirələrə şərh verib.
1908