İŞİD Almaniyanın kansleri Angela Merkeli təhdid edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb. Məlumata görə İŞİD-ə üzv olan bir nəfərin paylaşdığı videoda o, ABŞ-a müraciət edərək “1400 ildir sizi gözləyirik” deyib. Daha sonra almanlara müracitə edən şəxs “Ey Almanlar! Murdar Merkel! Hamınız yığılın! Olland, Kameron, Putin! Müsəlmanlara qarşı birlik olun. Məğlub olacaqsınız” ifadələrini işlədib.
Qeyd edək ki, videonu yayımlayan şəxs “Əbu Davud” ləqəbli alman Maykl N- nin Almaniya tərəfindən 2012-ci ildə qadağan edilən “Millatu Ibrahim” təşkilatına daxil olduğu bildirilir. O, 2012-ci ildə ailəsiylə birlikdə Almaniyanı tərk edərək Misirə gedib, daha sonra da qısa bir müddət Liviyaya oradan da Suriyaya keçib.