ilham mirzeyev heps

Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İ. Mirzəyev isə çıxışında onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib.

Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.