Bakı şəhərində yaşayan 67 min uşaqda müxtəlif xəstəliklər aşkar edilib. Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsinin müdir müavini Rauf Nağıyev deyib. Müdir müavini qeyd edib ki, paytaxtda 682 mindən çox uşaq var. Onun sözlərinə görə, onların böyük əksəriyyəti icbari dispanserizasiyaya cəlb edilib: “Müayinəyə cəlb olunan uşaqlardan 12%-də, yəni 67 minində müxtəlif xəstəliklər aşkar edilib. Uşaqların 16 mini tam sağalıb və dispanser qeydiyyatdan çıxarılıb. Digər uşaqların isə müvafiq müayinələri davam etdirilir”.
R.Nağıyev qeyd edib ki, uşaqlar icbari müayinənin aparılması valideynin məsuliyyətindən asılıdır. Onun sözlərinə görə, bu gün paytaxtda 80-ə yaxın tibb məntəqəsi lazımi avadanlıqlarla təmin olunub və uşaqların icbari dispanserizasiyası aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.