Rusiyanın Xabarovsk şəhərində polis saxta spirtli içkilərin istehsalı və satışı işi üzrə aparılan istintaq çərçivəsində iki Azərbaycan vətəndaşını həbs edib.
Virtualaz.org saytı xəbər verir ki, polis onlardan 82 min şüşə saxta araq aşkar edib, aşkar edilən içkilərin bazar dəyəri 18 milyon rubldur.
Məlum olub ki, Xabarovskda saxta araq satışını azərbaycanlıların da daxil olduğu mütəşəkkil etnik qruplaşma təşkil edir. Qruplaşma üzvləri Rusiyanın qərb regionlarında və Şimali Qafqazda yerləşən gizli sexlərdə doldurulmuş saxta içkiləri Xabarovska daşıyır və orada satışını həyata keçirir. Qruplaşmanın qalan üzvlərinin axtarışı davam edir.