Rusiyada azərbaycanlı onun qohumuyla intim əlaqədə olan həmyerlisini öldürmək istəyib.
Azərbaycanlı qisas almaq məqsədi ilə həmyerlisinin öldürülməsi sifarişini verib. Hüquq-mühafizə orqanları faktın üzərinin necə açıldığı ilə bağlı mətbuata açıqlama verib. Bildirilib ki, 2013-cü ilin dekabrında 57 yaşlı Moskva sakini, həmyerlisi 24 yaşlı tələbənin qətlinin təşkili üçün iki tanışı ilə razılaşıb.
3 fevral 2014-cü il tarixində 30 yaşlı cinayətkar tələbə ilə görüş təşkil edib. Cinayətkar paytaxtın 1 may küçəsində tələbəni pusub və daha sonra onu güllələyib. Qatil tapançadan beş dəfə atəş açıb və gənc tələbəni sol əlindən və qarnından yaralayıb.
Hadisədən sonra qəsdən adam öldürmə və qanunsuz silah saxlanması faktı üzrə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları cinayəti törədənlər və sifariş verən şəxs barədə araşdırmalar aparıb.
Domodedovo rayonunda əməliyyat keçirən xüsusi təyinatlılar cinayəti sifariş edən şəxsi saxlamaq üçün evə basqın edib. Xüsusi təyinatlılarla cinayətin sifarişçisi arasında silahlı atışma olub. Xüsusi təyinatlılar cinayəti sifariş edən azərbaycanlını yaxalayıblar. Atışma zamanı yaralanan olmayıb. Amma, cinayəti törədən şəxs hələ də saxlanmayıb.
Anspress.com