Türkiyənin ən məşhur komediya ustalarından biri Cem Yılmaz “Pek Yakında” filminin qala-axşamının keçiriləcəyi Adanaya yollanmaq üçün özəl təyyarə kirayələmişdi.
Milli.Az AHT-yə istinadən bildirir ki, filmin çəkiliş qrupu və aktyorları ilə birlikdə İstanbuldakı Sabiha Gökçen hava limanına gedən Cem Yılmaz təyyarəyə minib.
Az sonra isə onunla təyyarənin baş pilotu arasında dava düşüb.
Cem Yılmaz pilotu yumruqlayıb. Dalaşanları zorla ayırıblar.
Təyyarəni tərk edən Cem Yılmaz Adanaya başqa reyslə yollanıb və qala-axşama gecikib.