images

Türkiyə prezidentinin qızı Sümeyye Ərdoğan Ədalət və İnkişaf Partiyasından (AKP) istefa edib.

ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye AKP-dəki vəzifəsini qeyri-hökumət təşkilatındakı fəaliyyətləri ilə əlaqədar olaraq tərk edib.

4 ildir ki, maaş almadan AKP-də çalışan Sümeyye istefa məktubunu rəhbərliyə təqdim edib.

Qeyd edək ki, Sümeyye Ərdoğan AKP sədrinin sözcüsü vəzifəsində çalışırdı. Onun atası Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayında prezident seçkisində qalib olub.

Загрузка...