“Qoy Almaniya kansleri öz evində Rusiyadan gələn qazı kəssin, ona soyuq olsun, biz də bilək ki, o, həqiqətən Ukraynaya görə özünü fəda edir”.
AzVision.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu günkü payız sessiyasının ilk plenar iclasında deyib.
Deputat bildirib ki, Azərbaycan Rusiya ilə əlaqələrə üstünlük verməlidir: ““Bunun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə də xeyri var. Bu gün bəziləri Rusiya meydan təfəkkürü ilə yanaşaraq Rusiya ilə əlaqələrin qurulmasına qarşı çıxır. Bu düzgün deyil”,-deyə Z. Oruc qeyd edib.