Alimlər xəbərdarlıq edir…
Amerikalı alimlər McDonalds restoranlarında satılan fast-food yeməklərinin insan orqanizminə təsirini öyrəniblər.
Alimlər qidanı həzmə verən mədə turşusunu bir qaba töküb, onun içinə çizburgeri yerləşdirirlər.
Müşahidə edirlər ki, bu qida məhsulu insan mədəsində necə həzm olunur. Və dəhşətli bir nəticənin ortaya çıxdığının şahidi olurlar. Belə ki, 3 saat yarımdan sonra çizburger mədə şirəsini tamamilə qaraldır. Eyni zamanda çizburgerin özü də qaralaraq iyrənc şəkildə çürümüş kütləyə çevrilir. Yəni kimyəvi maddələrdən daha çox istifadə olunaraq hazırlanan bu qidanı mədə normal şəkildə həzm edə bilmir. Alimlər xəbərdarlıq edir ki, bu, insan orqanizmi üçün olduqca təhlükəli xəstəliklərə yol açır.
Analitik.az