İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzo 21 yaşlılardan ibarət Azərbaycan yığmasını çalışdıracaq. Bu barədə Newsport.az saytına AFFA-dakı gizli mənbədən məlumat daxil olub. İsraillə görüşdən öncə istefa verəcəyini açıqlayan Bernhard Lippertin istəyi qəbul olunub. AFFA rəhbərliyi onun əvəzləyicisi kimi italiyalı gənc mütəxəsisi görür. 36 yaşlı çalışdırıcı ilə ilk razılıq əldə olunub.
Qeyd edək ki, Qattuzo yaxın günlərdə ölkəsinin mətbuatına Azərbaycanda çalışa biləcəyini açıqlamışdı.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.