Загрузка...

27511_7xhhhc1pvl

R&B ulduzu Beyons jurnalistlərin ittihamlarına tab gətirə bilməyib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, müğənninin heç vaxt hamilə olmadığını və qızı Blu Ayvini surroqat ana vasitəsi ilə dünyaya gətirdiyini iddia edən xəbərlərə son qoymaq üçün ifaçı hamiləlik videosunu ortaya çıxarıb.

Pop diva “On The Run” (“Qaçışda”) adlı dünya turnesində şəxsi videolarını tamaşaçıları ilə paylaşıb. Ev şəraitində həyat yoldaşı, reper Cey Zi ilə çəkdikləri görüntülərdə Beyons tamamilə çılpaqdır.

Orada, həmçinin, müğənninin doğuşdan sonra ilk dəfə qızını qucağına alması kadrları da yer alıb.

Xatırladaq ki, turne çərçivəsində konsertlərin birində Cey Zi Beyonsun ikinci dəfə hamilə olması haqda şübhələr yaradan mahnı ifa etmişdi. Cütlük bu xəbəri hələ ki, rəsmi şəkildə təsdiqləməyib.