model

“Miss Mobydick 2014” nominasiyasına da layiq görüldü.

Azərbaycanlı model Nani Səfərova “Miss Maxim of Europe 2014” titulunun qalibi olub.

Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, “Beynəlxalq “Miss Maxim of Europe 2014” müsabiqəsi Türkiyənin Marmaris şəhərində 23 ölkənin – Bolqariya, Polşa, Moldova, Fransa, İtaliya, İsveç, Ukrayna  və s. iştirakçıları arasında keçirilib.

“Bu müsabiqə “Maxim” kişi jurnalı ilə ümumi heç bir cəhəti yoxdur. Müsabiqə hər il keçirilir. Azərbaycan ilk dəfə idi ki, iştirak edirdi və mən “Miss Maxim of Europe 2014” titulunun sahibi oldum, buna çox sevinirəm” .

“Miss Maxim of Europe 2014” müsabiqəsində Nani Səfərova həmçinin “Miss Mobydick 2014” nominasiyasının da qalibi olub.

Загрузка...