Bu yolla “qonorar”larını yüksəldirlər.
Növbəti müştəri ilə yaxalanan Moskva fahişəni adi cərimədən başqa, həm də məsuliyyətə cəlb olunmaq gözlənilir.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, böyük gəlir əldə etmək ümidi ilə qadın özünü yetərincə uğurlu model kimi qələmə verirdi.
Növbəti müştərisinin qarşısında səylə rəqs edən Sonya bilmirdi ki, onun bu tamaşasının izləyicisi həddən artıq çoxdur. Qadını polislər müşahidə edirdilər. Amma görünüşə baxılırsa qadın əməliyyatçılardan çox, onların arxasında duran zərif əsmər xanımdan daha çox qorxmuşdu.
Məhz bu xanımın şəkillərini öz xidmətlərini təklif etdiyi reklamda yerləşdirirdi. Amma ad və telefon əsl idi.
Svetlanova Bilyalova –modeldir. Jurnallar, kliplər üçün çəkilişlər, fotolar bu əsmər xanımın iş günüdür. Əlbəttə onun şəkillərini yerləşdirmək pulludur. Bu gözəlin adı Sonyadır və arzuedən hər kəsə 10 min rubl müqabilində gecəni şən keçirməyi vəd edir. Sveta bütün bunları dostlarından öyrənir: intim xidmətlər saytında öz şəkillərini tapır və polisə müraciət edir.
Svetlana Belyalova: “Mən alışmışam ki, mənim fotolarımı daima oğurlayırlar amma belə dəhşətli məqsədlər üçün ilk dəfədir, bu məni dəli etdi. Bununla mübarizə etməyə hazıram. Buna zaman, qüvvə sərf etməyə hazıram, çünki bu dəhşətlidir”.
Yəqin ki, intim xidmət göstərən qadınlar, məşhur modellərin öz şəkillərini belə saytlarda axtarmayacaqları ümidi ilə onların şəkillərini öz adları altında saytlarda yerləşdirilər.
Eyni vəziyyətə fotomodel Yuliya Adaşeva da düşüb burada onun adı – Elinadır, qonorarı isə 19 min rubldur. Valeriya Lukyanova – rus Barbi gəlinciyi – Lizadır, qonorarı 10 min rubldur. Burada Alyona Şişkova – vitse miss “Rusiya 2012” də var, teatr və kino aktrisası Anna Andrusenkonun rolunu isə Kamilla cəmi 16 min rubla oynamağa hazırdır.
Svetlana Belyalovanın virtual klonu ilə görüşü əməliyyatçılar təyin etmişdilər. Göstərilən vaxtda kandarda əsmər əvəzinə sarışın qız göründü, bu əvəzləməni heç aydınlaşdırmadan işə başladı. Elə bu an əməliyyat qrupu içəri daxil oldu.
Fahişəni bölməyə apardılar. Bölmədə Sonyaya: adi inzibati cərimə ilə yaxa qutara bilməyəcəyini, onu fırıldaqçılıqda ittiham ediləcəyini və məsuliyyətə cəlb olunacağını başa salıblar.