Загрузка...

24811_mbhh2ksmfs

Hindistanın məşhur müsabiqəsi “İndias Best Cine Star Ki Khoj”da iştirak edən rəqqasə Oksana Rəsulovanın müsabiqə haqda “Qafqazinfo”ya müsahibəsi: 

– Müsabiqənin artıq final mərhələsindəsiniz. Bu həftə tamaşaçılara necə bir səhnəcik təqdim edəcəksiniz? 

– İlk öncə hər kəsə mənə dəstək olduqları üçün təşəkkür etmək istəyirəm. Mənim azərbaycanlılarım, hər biriniz çox sağ olun. Bu həftə şənbə və bazar günü çox vacibdir.  İnsanların mənə sonuncu dəfə dəstək olmalarını istəyirəm. Zeetv.com saytına daxil olub, orada şəklimin altında yazılan vote sözünə bassınlar və qeydiyyatdan keçsinlər.  Bu həftə şənbə epizodunda hər iştirakçı Hindistanın məşhur seriallının bir bölümünə çəkildik. Mənim serialımın adı “Sapne suhane ladhakpan ke”dir. Burada ən məşhur serial sayılır. Serialda mən agent obrazındayam. Bir oğlan rolunu canlandırıram, amma sonda qız olduğum bəlli olur. Mütləq izləyin.

– Müsabiqə haqda təəssüratlarınız necədir? Bu qədər dəstək gözləyirdinizmi? 

– Müsabiqə haqda təəssüratlarım çox gözəldir. Burada olmağımdan zövq alıram. Mənə burada çox yaxşı münasibət göstərirlər. Hindistanda çoxları artıq məni tanımağa başlayıb. Əsas ona görə zövq alıram ki, Azərbaycanımı təmsil edirəm və ölkəmi hər kəs tanıyır. Bəziləri hətta azərbaycanca danışır (gülür).

– Orada sizi münsiflərə və tamaşaçılar sevdirən nədir?

– Uşaqlıqdan hind filmlərimə böyük sevgim var. Hindcə danışmağım və görünüşüm də məni burada sevdirir. Düşünürəm ki, bu üç amil məni burada insanlara daha yaxın edir.

 – Müsabiqə həyatınızda nələri dəyişdi? Bu vaxt ərzində Oksana bilmədiyi nələri öyrəndi ? 

– Burada çox şey öyrəndim. Düşünürəm ki, mənim atdığım addımı heç kim ata bilməzdi. Mənim xarici ölkədə etdiyim şeylər  böyük nailiyyətdir. Əsas məqsədim Azərbaycanı tanıdmaqdır. Buna isə nail oldum.

– Hindistana köçüb orada yaşamaq haqda düşünürsünüz? 

– İnşallah əgər qalib gəlsəm, burada filmdə çəkilməliyəm. “ZEE TV” mənimlə 3 illik müqavilə bağlayacaq. Həmişəlik Hindistana köçüb burada yaşamaq istəmirəm. Azərbaycana qayıdacam və lazım olanda Hindistana gəlib gedəcəm.

– Oksanaya Hindistanda eşq elan edənlər, evlilik təklif edənlər olubmu? Belə bir təklifi necə qarşılayarsınız.

– Mənə Hindistanda nə  eşq elan edən, nə də evlilik təklif edən olub. Mənim buna vaxtım yoxdur. Burada ailə qurmaq istəmirəm. Hindistanda bir məqsədim var, burada qalib olub kinoya çəkilmək.  Başqa şeylər məni maraqlandırmır.