64290_res_01

Rusiyanın paytaxtı Moskva şəhərində “qanuni oğru”ların “sxodka”sı dağıdılıb.

ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən kriminal yığıncağa hücum təşkil olunub. Keçirilən əməliyyat zamanı “sxodka” dağıdılıb.

Əməliyyat zamanı kriminal aləmdə məşhur olan 3 “qanuni oğru” saxlanılıb. Onlar Moskvada bilyard klublarının birində tutulublar. Əməliyat zamanı 39 yaşlı “Böyük İslam”, 51 yaşlı “Nalçik” və 41 yaşlı “Teko” ləqəbli “qanuni oğru”lar saxlanılıb.

Onlar Rusiyada qanunsuz narkotik biznes təşkil etməkdə günahlandırılır. Keçirilən əməliyyat nəticəsində bu işdə əli olan əlavə 5 nəfər də saxlanılıb.

Загрузка...