“Qarabağ” klubun baş məşqçisi Qurban Qurbanov Respublika stadionunun ot örtüyünü yoxlayıb.
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Sent-Etyen”lə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Tofq Bəhramov adına Respublika stadionunda olub. Q. Qurbanov yeni salınan ot örtüyünü baxışdan keçirib və meydançanın vəziyyətindən razı qaldığını bildirib.
Qeyd edək ki, “Qarabağ”-“Sent-Etyen” matçı senyabr 18-də Tofiq Bəhrəmov adına Respublika stadionunda olacaq. Matçın start fiti 21-00-da veriləcək.
LENT.AZ