Keçən ilin fevralında Paris “Notre Dame” kilsəsində aksya keçirən Ukraynanın FEMEN hərəkatına Paris məhkəməsinin bəraət qərarı Rusiya XİN-in narazı salıb.
RF XİN qərarı siyasiləşmiş hesab edərək “siyasi məqsədəuyğunluq naminə, insanların inanc duyğularını, Fransada ən əziz tutulan məbədlərin birini təhqir edən hətəkətlərə göz yumulur. Bununla belə məhkəmə sanki məntiqə istehza olaraq kilsə işçilərini fəallarla həddindən artıq kobud davrandıqlarını iddia edərək həbs edib”- deyə müraciətdə bildirilir.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edir ki, Qərb nümayəndələri qışqırmağı bacarır:
“Qərb nümayəndələri dini ibadət məkanlarının işğal və təhqirini görmədiyi halda, Rusiyanın Ukraynanı mifik işğalı haqqında isbat olmadan qışqırmağı bacarır”.
Qeyd edək ki, çərşənbə günü Fransa məhkəməsi Paris “Notre Dame” kilsəsində Roma Papası XVI Benediktin vəzifəsindən uzaqlaşması ilə əlaqədar FEMEN hərərkatının fəallarının yarıçılpaq aksiyasına bəraət verib.
Aksiya zamanı yarıçılpaq 9 qız kilsəyə daxil olaraq “Papa artıq yoxdur” deyə qışqırırdı. Hadisə şahidlərinin dediyinə görə qızların belində “Homofoblara Yox”, “İman böhranı” və “Görüşərik, Benedikt” sözləri yazılmışdı.
Ümumiyyətlə isə FEMEN təşkilatı Rusiya prezidenti və onun siyasi kursunun düşmənləri sırasındadır. Bir neçə dəfə onlar Putinin üstünə hücum çəkərək ona zərər vermək və ya təhqir etmək niyyətində olublar. Bunlardan Almaniya kansleri ilə görüşü zamanı olan hücumun unikal videosunu təqdim edirik.