Aktrisa 5 illik həyat yoldaşından danışdı
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün “5/5” verilişinin qonağı olan Mehriban Xanlarova studiyaya təşrif buyurar-buyurmaz aparıcı Zaur Kamalın gözlənilməz sualı ilə qarşı-qarşıya qalıb:
“Neçə il ailəli olmusunuz? Küsmüsünüz ondan?”
Onun üçün gözlənilməz olan suala aktrisa belə cavab verib:
“Yox, ayrılmışıq. Mənim üçün ölüb o. Bilmirəm yaşayır, ölüb. 2008-ci ildə ayrılmışıq. 5 il ailəli olduq”.