Yaponiya hökuməti ölkənin dördüncü böyük şəhəri Sapporoda 702 min sakin üçün təxliyə elan edib. Musavat.com xəbər verir ki, məlumatı NHK telekanalı yayıb.
Sapporo Yaponiyanın şimalındakı Hokkaydo adasında yerləşir. Yaponiyanın meteorologiya idarəsi adada “xüsusi həyəcan” elan edib. Bu, ən yüksək təhlükə səviyyəsidir və təbii fəlakətin yaxınlaşdığını xəbər verir.
2010-cu ilin statistikasına görə, Sapporonun əhalisi 1,9 milyon nəfərdir.
Musavat.com