Ötən gecə Nyu-Yorkda moda həftəsi çərçivəsində keçirilən “Fashion Rocks” tədbirində baş verənlər maraqla qarşılanıb.
ANS PRESS-in məlumatına görə, gecədə Castin Biberdən sonra dünya ulduzu Cenifer Lopez öz damğasını vurub. Qırmızı xalça üzərində gəzən, cazibədar açıq-saçıq geyimini nümayiş edən JLO kamera qarşısında verdiyi pozaları ilə Ancelina Colini xatırladıb. Daha sonra başlayan konsert proqramında isə Cenifer əməlli başdı şou göstərib. 45 yaşlı ifaçı rəqqasları ilə birlikdə səhnədə seksual şou göstərib.
C. Lopez gözəl rəqsləri ilə minlərlə insanı cuha yerində rəqs etməyə vadar edib. Görünür ki, ötən gün məşhurların toplandığı səhnədə ulduzların əsas məqsədi seksual şou göstərməkdir. Belə ki, Rita Ora və Nikki Mİnaj da JLO-un yolunu davam ediblər.