Bu gün Türkiyədə keçiriləcək “Miss Eurovision 2014” gözəllik yarışmasında Azərbaycan iştirak etməyəcək.
Bu haqda Axşam.az saytına açıqlamasında model Günay Musayeva məlumat verib. O, müsabiqədə ölkəmizi özünün təmsil edəcəyini bildirib:
“Azərbaycan “Miss Eurovision”da olmayacaq. Buna səbəb isə Bakıda seçimin ediləcəyi yarışmanın baş tutmamasıdır. Burada təşkilatçı özüməm. Azərbaycanı həm də münsif kimi təmsil edəcəm”.
Müsabiqə “Kral TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, İstanbulda baş tutacaq gözəllik yarışmasında Azərbaycanı model Cavidan Qurbanovanın təmsil edəcəyi xəbəri yayılmışdı.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.