115797

Azərbaycanı “Miss Exclusive of the World -2014” gözəllik yarışmasında Tamilla Həmidova təmsil edəcək. 

Sentyabrın 13-də İzmirdə “ Miss Exclusive of  the World-2014”  beynəlxalq top model müsabiqəsinin dünya finalı keçiriləcək.

Bu haqda məlumat verən  təşkilatçı Aqil Məmiyev ölkəmizi  22 yaşlı model Tamilla Həmidovanın təmsil edəcəyini bildirib:

“Tamilla  2 gündür ki, ölkəmizi təmsil etmək üçün Türkiyənin İzmir şəhərindədir.  “Miss Exclusive of the World 2014”  yarışına hazırlıq tam sürətlə davam edir . Hazırda iştirakçılar bir-birin tanıyır, müxtəlif oyunlar oynayır  və birlikdə  vaxt keçirirlər.  “Miss Exclusive of the World- 2014” müsabiqəsində dünyanın 33 ölkəsindən qızlar iştirak edir”.

Qeyd edək ki, final Bakı vaxtı ilə saat 23:00-da “Kral TV”də canlı  yayımlanacaq.

Qafqazinfo.az

Загрузка...