O, dindaşlarını yəhudilərə qarşı silahlı mübarizəyə səslədi
Almandilli “JSSNews” saytının yaydığı xəbərdə deyilir ki, Qəzzanın dini liderlərindən olan şeyx Əbu İyad Funoun 2003-cü ildə İsrail tərəfindən həbs olunub. Yəhudi məhkəməsi ona 29 il iş verib. Ancaq 2011-ci ildə Fələstin- İsrail danışıqlarından irəli gələn “xoş məramlı münasibətin əlaməti olaraq” onu həbsdən azad ediblər.
Şeyx uzun müddət azadlıqda qala bilməyib. 2013-cü ildə o, yenidən İsrail tərəfindən həbs olunub və sonra yenidən Qəzzaya sürgün edilib.
“JSSNews” bildirir ki, şeyx dünyəvi baxışlara malik olsa da terrorçulara yaxın təşkilatlardan birinin üzvüdür.
Əlbəttə, bütün bunları yəhudi təbliğatının nümunəsi hesab etmək olardı. Amma ortada maraqlı video-görüntü var. Dindaşlarının qarşısında çıxış edən şeyx xalqı İsrail dövlətinə qarşı silahlı mübarizəyə səsləyir. Onun əlində Quran yoxdur. Əksinə o, minbərə avtomatla çıxır və silahı yuxarı qaldıraraq insanları mübarizəyə səsləyir.
Minbərə avtomat silahla çıxmaq nə qədər doğrudur? Bu suala cavab vermək çətindir. Ancaq Fələstin xalqının yəhudi işğalına müqavimət göstərmək haqqı var.