1249930387_medvedev_russia

“Rusiya iqtisadiyyatı son illər daxili və xarici amillərin neqativ təsirini hiss edir”.Modern.az saytı xəbər verir ki, bu sözləri “Vedomosti” qəzetinə müsahibəsində Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

O, Rusiyanın iqtisadi vəziyyətini şərh edərkən bildirib ki, ölkə 2008-ci ilin şokunu yaşayır. Hökumət başçısı kimi Dmitri Medvedev onda bu qənaətin yarandığını etiraf edib: “İqtisadiyyatın inkişafı, insanların yaşayışı üçün çətin şərait var. Dövlətin rəhbərlərindən biri kimi məndə belə hiss var ki, biz 2008-ci ildəki xarici şokların vəziyyətini yaşayırıq”,-deyə Medvedev söyləyib.

Rusiya iqtisadiyyatındakı yaranmış durğunluqlara baxmayaraq, hökumət başçısı bunun aradan qaldırılması üçün işlər getdiyini də vurğulayıb. Onun sözlərinə görə Rusiya hakimiyyəti ölkənin inkişafına yönəlmiş iqtisadi kursu davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Rusiyanın Krımı özünə birləşdirməsindən sonra Qərb dairələri rəsmi Moskvaya sanksiyalar tətbiq edib. Lakin Rusiyanın Ukrayna məsələsindəki işğalçı mövqeyindən geri çəkilməməsi və Ukraynanın şərq əyalətlərində ruspərəst separatçılara verdiyi dəstək ABŞ başda olmaqla Qərb siyasi kuluarlarında yeni sanksiyalar paketini gündəmə gətirdi.

Rusiya bundan sonra növbəti sanksiyalarla üzləşdi. Sanksiyalardan sonra isə Rusiya iqtisadiyyatı, bazarları özünün tənəzzül dövrünü yaşayır.