NATO sammitində iştirak edən Prezident Ərdoğan Türkiyəyə geri döndükdən sonra maraqlı bir əhvalatı danışıb.
Axar.az Akhaber-ə istinadən xəbər verir ki, Ərdoğan İngiltərə Baş naziri Devid Kameronun “Fatih Terim” stadionunda keçirilən matçı seyr etdiyini bildirib:
“Bizim Başakşəhərdə keçirdiyimiz oyunda vuruduğumuz qolları izləyib. İkinci qola heyran qalıbmış. Onların komandasına da dəstək olmağı məndən istədi”.