Türkiyəli rejissor Erdən Kıral yeni filmi “Gecə”nin çəkilişlərini tamamlayıb.
Axşam.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, köç edən bir ailənin dramını əks etdirən ekran əsərində baş rolları Nurgül Yeşilçay və Mərt Fırat paylaşır.
Fırat filmdə Nurgülün həyat yoldaşı obrazını canlandırıb. “Bu rolu Nurgülü düşünərək yazdım” deyən rejissor onun bu obrazın öhdəsindən gəldiyini deyib. Yeşilçay isə buna görə əlindən gələni əsirgəmədiyini söyləyib. Aktrisa rolu üçün gecə klubunda saatlarla vaxt keçirib və bu müddətdə müşahidə apararaq obrazına hazırlaşıb. Nurgül hətta bununla bağlı kitablar da oxuyub.