Ər 4 aylıq hamilə qadını küçənin ortasında vəhşicəsinə döyüb. Evlərinin önündəki küçədə kişi arvadının saçından tutaraq sürüməyə başlayıb. Qadın ərinin əlindən qurtulmaq istəsə də, bunu bacara bilməyib. Kişi isə amansızcasına qadına vurub. Qadın isə yalnız qarnını tutaraq, bətnindəki körpəsini qorumağa çalışıb.
Naməlum şəxs həmin gərgin anları videokamera ilə çəkib. Çəkilişdə də görünür ki, kişi arvadını vəhşicəsinə döydükdən sonra qadının üzünü dişləyib. Qadın isə ərinə, “burnumu burax”, – deyərək yalvarıb.
Dəhşət burasındadır ki, həmin vaxt yaxınlıqdan keçən insanlar dalaşan ərlə-arvada sadəcə baxmaqla kifayətləniblər. Heç kim onları ayırmayıb.
Videodan da görünür ki, qadını döyən kişi əlini cibinə salır. Qadın düşünür ki, həyat yoldaşı cibindən bıçaq çıxararaq, onu öldürəcək. Qadın aciz şəkildə ərinin əlindən yapışır. Kişi isə cibindən telefon çıxarır. Hamilə qadına isə bu qorxu yerimişdi.
Hadisə şahidləri polis çağırıblar. Polislər arvadına qəzəblənən şəxsi zərərsizləşdiriblər. Polis həmin şəxsi qandallayıb. Lakin əri tərəfindən vəhşicəsinə döyülən qadın polisə şikayət etməyib.
Anspress.com