Əməkdar artist Tünzalə Ağayeva “TRT Müzik”dəki proqramından imtina edib.
Axşam.az-ın məlumatına görə, bu haqda müğənni əməkdaşımızla söhbətində deyib. O, buna səbəb kimi başqa layihələrdə iştirak etməsini göstərib:
“Öz istəyimlə verilişdəki aparıcılıqdan imtina etdim. İşlərim çoxdur. Bir neçə beynəlxalq müsabiqələrdə münsif kimi iştirak edəcəm. Bu müsabiqələr həm Azərbaycanda, həm də xaricdə olacaq. Proqrama yenidən nə vaxt başlayacağım isə sual altındadır”.
Qeyd edək ki, T.Ağayevanın sözügedən verilişi “Bir səsin cazibəsi” adlanırdı. Proqramda müğənni Samira Allahverdi, Müşərrəf Akay, Oğuz Ağsaç kimi tanınmışlar qonaq olublar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.