avtobus surucu
Qarşı yola çıxan avtobus sürücüsü digərlərinin həyatı üçün təhlükə yaradır

İzlədiyiniz bu videonu oxuculardan biri Avtosfer.az saytına göndərib. Kadrlarda 10 TH 032 dövlət nömrə nişanlı, 88 saylı sərnişin avtobusunun yolun əks istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət etdiyi, qarşıdan gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaratdığı əksini tapıb. Amma bununla yanaşı, avtobus sürücüsünü qayda pozmağa məcbur edən məqamları da qeyd etmək yerinə düşər. Yolun soluna diqqətlə baxın. Birzolaqlı yolda iki avtomobil dayanıb. Özü də, bir-birinin əksinə. Sanki bu yolda kim necə istəsə hərəkət edə bilərmiş. Yolun daraldığını görən avtobus sürücüsü qarşı zolağa çıxmalı olur. Amma bu məqamda qeyd etmək lazımdır ki, məneə avtobusun hərəkət zolağında olduğu üçün o, qarşı yola çıxmazdan əvvəl oradan gələn avtomobilləri gözləməlidir. Lakin biz görürük ki, avtobus yüksək sürətlə hərəkət edir və bu səbəbdən də dayanıb gözləyə bilmir.

Bu videonu göndərən oxucunun yazdığı fikirləri də diqqətinizə çatdırmaq istərdik. Bu fikirlər daha çox Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin rəhbərliyi üçün maraqlı olar. Əgər maraqlansalar…

Bakıdakı avtobus sürücüləri bədnam düşmənlərimizlə müqavilə bağlayıblar ki, biz əhalini qıracağıq. Siz əziyyət çəkib güllə atmayın. Əgər belə olmasaydı onlar da qayda qanunla avtobus idarə edərdilər. Bu problemlər avtobus sürücülərinin cəzasızlığının nəticəsidir. Çünki onları heç kim cəzalandırmır. Nəqliyyat müfəttişliyi elan edir ki, reyd keçiririk. Budurmu keçirdikləri reydlərin nəticələri? Bu avtobus sürücülərinə kim icazə verir ki, onlar insanların həyatı ilə oynasın, onlara bədbəxtlik gətirsin. Hadisə baş verəndə də düşüb qaçırlar, sahibkarlar da onları gizlədir. İndi hansı dövrdə yaşayırıq ki, onları tapa bilmirlər?». Hər halda, bu sallara cavab vermək məsələnin həllinə yaxın sayılan bir işdir. Yetər ki, cavab boğazdan yuxarı olmasın.

Загрузка...