Modern.az saytı xəbər verir ki, yeni baş nazir Əhməd Davudoğlu Türkiyənin 62-ci hökumətinin tərkibini elan edib. Avqustun 29-da hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri və Türkiyənin yeni baş nazir Əhməd Davudoğlu Nazirlər Kabinetinin yeni tərkibini Çankaya köşkündə prezident Rəcəb Tayyib Ərdoğana təhvil verib.

Baş Nazirliyin mərkəzi binasında təşkil olunan mətbuat konfransında yeni kabinetin siyahısı ictimaiyyətə açıqlanıb.

Baş nazirin müavinləri Bülənt Arınc, Yalçın Akdoğan, Numan Kurtuluş və Əli Babacan təyin edilib. Türkiyənin yeni xarici işlər naziri Mövlud Çavuşoğlu olub. Nazirlər Kabinetinin yeni siyahısı aşağıdakı kimidir:

Baş nazir – Əhməd Davudoğlu
Baş nazir müavini – Bülənt Arınç
Baş nazir müavini – Əli Babacan
Baş nazir müavini – Numan Kurtuluş
Baş nazir müavini – Yalçın Akdoğan
Ədliyyə naziri – Bəkir Bozdağ
Ailə və sosial siyasət naziri -Ayşenur İslam
Avropa Birliyi naziri – Volkan Bozkır
Xarici işlər naziri – Mövlud Çavuşoğlu
Elm, sənaye və texnologiya naziri – Fikri İşıq
Əmək və sosial müdafiə naziri – Faruk Çelik
Ətraf mühit və şəhərsalma naziri – İdris Güllüce
İqtisadiyyat naziri – Nihat Zeybekçi
Enerji və təbii qaynaqlar naziri – Taner Yıldız
Gənclər və idman naziri – Akif Çağatay Qılınc
Qida, əkinçilik və heyvandarlıq naziri- Mehmet Mehdi Eker
Gömrük və ticarət naziri -Nurettin Canikli
Daxili işlər naziri – Efkan Ala
İnkişaf naziri – Cevdet Yılmaz
Mədəniyyət və turizm naziri – Ömər Çelik
Maliyyə naziri – Mehmet Şimşək
Təhsil naziri – Nabi Avcı
Müdafiə naziri – İsmət Yılmaz
Meşə və su işləri naziri – Veysel Eroğlu
Səhiyyə naziri – Mehmet Müezzinoğlu
Nəqliyyat, dənizçilik və kimlik naziri – Lütfi Elvan

Загрузка...