Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları başa şatıb. Son beş qarşılaşmadan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Azərbaycanlı azarkeşlərin də maraqlı gözləiyi qarşılaşma Londonda baş tutub. Burada yerli “Arsenal” Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşıb. Komandalar arasında Türkiyədə keçirilən ilk oyunda qapılara qol vurulmayıb – 0:0. Cavab matçında 1:0 hesabı ilə qalib gələn “Arsenal” qrup mərhələsində oynamaq hüququ qazanıb.
“Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdıran “Zalsburq” səfərdə İsveçin “Malmö” klubu ilə qarşılaşıb. İlk oyun 2:1 hesabı ilə qələbə qazanan Avstriya təmsilçisi səfərdə rəqibinə böyük hesabla uduzaraq mübarizəni dayandırıb – 0:3.
Digər oyunlarda “Ludoqorets” (Bolqarıstan) “Styaua” (Rumıniya) klubunu qəbul edib. Matçın son dəqiqələrində qələbə qolunu vuran Bolqarıstan təmsilçisi oyunu əlavə vaxta daşıyıb. Burada qol olmadığından görüşün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Bu seriyada daha dəqiq oynayan “Ludoqorets” klubu qrup mərhələsində iştirak hüququ qazanıb – 6:5.
“Atletik” (Bilbao, İspaniya) öz meydanında “Napoli” (İtaliya) klubunu 3:1, “Bayer” (Leverkuzen, Almaniya) isə “Kopenhagen”i (Danimarka) 4:0 hesabı ilə məğlub etməklə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Bununla da, Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. “Zenit” (Rusiya), APOEL (Kipr), BATE (Belarus), “Maribor” (Sloveniya) və “Portu” (Portuqaliya) klublarının ardından “Arsenal” (İngiltərə), “Atletik” (Bilbao, İspaniya), “Bayer” (Leverkuzen, Almaniya), “Malmö” (İsveç) və “Ludoqorets” klubları qrup mərhələsinə vəsiqəni təmin ediblər.
27 avqust
Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları
23:45. “Arsenal” (İngiltərə) – “Beşiktaş” (Türkiyə) (İlk oyun – 0:0) – 1:0
Qol: Aleksis Sançez, 45+1 (1:0)
Qırmızı vərəqə: Matye Debuşi, 75 (“Arsenal”)
23:45. “Atletik” (Bilbao, İspaniya) – “Napoli” (İtaliya) (İlk oyun – 1:1) – 3:1
Qollar: Hamşik, 47 (0:1), Aduriz, 61 (1:1), 69 (2:1), İbay, 73 (3:1)
23:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Kopenhagen” (Danimarka) (İlk oyun – 3:2) – 4:0
Qollar: Son Heuqn-Min, 2 (1:0), Hakan Çalhanoğlu, 7 (2:0), Kislinq, 31-pen (3:0), Kislinq, 65 (4:0)
23:45. “Ludoqorets” (Bolqarıstan) – “Styaua” (Rumıniya) (İlk oyun – 0:1) – 1:0 (Penaltilər seriyası – 6:5)
Qol: Vanderson, 90 (1:0)
Qırmızı vərəqə: Stoyanov, 119 (“Ludoqorets”)
23:45. “Malmö” (İsveç) – “Zalsburq” (Avstriya) (İlk oyun – 1:2) – 3:0
Qollar: Rosenberq, 11 (1:0), Erikson, 19 (2:0), Rosenberq, 84 (3:0)