Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, İsmayıllı rayonu, Qaraqaya kəndində (rayon mərkəzindən 25 km aralı) dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.